Bakı Apellyasiya Məhkəməsinin dələduzluq etməkdə təqsirləndirilən Zaman Rzayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Zaman Rzayev tanışlarının vasitəsi ilə tanıdığı zərərçəkmiş Q.Q.-nin qohumuna Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş 2004-cü il tarixli diplomunu Təhsil Nazirliyində təsdiq etdirilməsinə köməklik göstərməsinə vəd verib. O, 2022-ci illərdə bu yolla zərərçəkmişdən ümumilikdə 12 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Zaman Rzayev saxlanılaraq istintaqa cəlb edilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
Bu gün, 09:45
Dünən, 15:14
Dünən, 15:10
Dünən, 15:04
Dünən, 15:02
Dünən, 15:02
Dünən, 14:24
Dünən, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06
1-07-2025, 16:02
1-07-2025, 16:01
1-07-2025, 15:55
1-07-2025, 15:53
1-07-2025, 15:52
1-07-2025, 09:57
1-07-2025, 09:46