Göygöldə qarlı hava qəzaya səbəb oldu - Xəsarət alanlar var

Göyöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
"Azdin.az"ın məlumatına görə, hadisə Gəncə-Şəmkir magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedes" ilə "VAZ" iminik avtomobiliəri toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya səbəb qarlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar