Bakıda avtobus qəza törədib

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Sərnişin avtobusu eyni istiqamətdə olan “Toyota” markalı maşına çırpılıb. “Toyota” isə “Hyundai”a dəyib. İdarəetmədən çıxan avtobus yol ayrıcındakı beton səddə dəyərək dayanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xəbər lenti
Çox oxunanlar