Kəlbəcərədə yük maşını çaya aşıb, 2 nəfər ölüb

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
 
Hadisə rayonun Comərt kəndində qeydə alınıb.
 
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
 
Nəticədə adıçəkilən sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar