Bakı Apellyasiya Məhkəməsində yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Samir Babayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilib, Suraxanı Rayon Məhkəməsinin çıxardığı cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 5 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, ona 4 il 5 ay 1 gün həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs hazırki qərarla təyin olunan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkəcək. Samir Babayev məhkəmənin iclas zalında dərhal həbsə alınıb.
İttihama görə, hadisə 27 oktyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektinin Suraxanı rayonu, Bülbülə qəsəbəsindən keçən 25-ci km-də qeydə alınıb. Belə ki, Samir Babayev idarə etdiyi “Toyota Prius” minik markalı avtomobili ilə hərəkətdə olduğu zaman yolda bir müddət əvvəl yıxılmış piyada, zərərçəkmiş, 1955-ci il təvəllüdlü Nəriman Cəfərovun asfalt üzərində uzandığını görməyib. O, avtomobilin sürətini və istiqamətini dəyişmədən maşını ilə piyadanın üstündən keçərək hərəkətini davam etdirib. Nəticədə ağır bədən xəsarəti alan Nəriman Cəfərov vəfat edib, sürücü isə hadisə yerindən qaçıb.
Bu gün, 15:14
Bu gün, 15:10
Bu gün, 15:04
Bu gün, 15:02
Bu gün, 15:02
Bu gün, 14:24
Bu gün, 11:19
Dünən, 15:45
Dünən, 10:15
Dünən, 10:13
Dünən, 10:12
Dünən, 10:06
1-07-2025, 16:02
1-07-2025, 16:01
1-07-2025, 15:55
1-07-2025, 15:53
1-07-2025, 15:52
1-07-2025, 09:57
1-07-2025, 09:46
1-07-2025, 09:44